Azərbaycanın güllə atıcısı Serbiyada gümüş medal qazanıb AZƏRTAC

25.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən “Walther Youth Cup” turnirində gümüş medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəş üzrə final mərhələsində 235.0 xal toplayıb.

Qeyd edək ki, turnirdə 12 ölkədən 320 idmançı mübarizə aparıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью