Azərbaycanın Gürcüstana qeyri neft ixracı 17% artıb

03.12.2025

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 39 milyon 578 min dollar və ya 16,9% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Gürcüstana qeyri-neft ixracının dəyəri 273 milyon 567 min dollar təşkil edib. 

2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 233 milyon 989 min dollar olub. 

Qeyd edək ki, ilk 10 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 2 milyard 987 milyon 815 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью