Azərbaycanın Gürcüstana qeyri neft ixracı 50% dək artıb

07.05.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 40 milyon 66 min dollar və ya 49,7% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında Gürcüstana qeyri-neft ixracının dəyəri 120 milyon 707 min dollar təşkil edib. 

2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 80 milyon 641 min dollar olub. 

Qeyd edək ki, ilk 3 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 862 milyon dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью