Azərbaycanın Gürcüstana qeyri neft sektoru üzrə ixracı 32% artıb | Icma.az
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az Azərbaycan cari ilin yanvar-aprel aylarında Gürcüstana 105 milyon 756 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 25 milyon 663 min dollar və ya 32% çoxdur.
Ötən ilin eyni dövründə Gürcüstana ixrac edilən qeyri-neft məhsullarının dəyəri 80 milyon 93 min dollar təşkil edib.
Hesabat dövründə Gürcüstan Azərbaycanın üçüncü əsas qeyri-neft idxalçısı olub.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (321,4 milyon dollar). Bizi sosial şəbəkələrdən izləyin!!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu