Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18% ə yaxın azalıb

21.09.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 128,4 milyon ABŞ dolları dəyərində 3 803 ədəd minik avtomobili ixrac olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalı dəyər baxımından 17,75%, miqdar baxımından isə 1 910 ədəd azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 1 milyard 347,7 milyon ABŞ dolları dəyərində 56 432 ədəd minik avtomobili ixraca yönəldilib ki, bunun da 6,74%-i Azərbaycanın payına düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью