Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi ötən il 1,3 milyard dolları ötüb AzPolitika on…
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 308,134 milyon ABŞ dolları təşkil edib.“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.Məlumata görə, bu, 2023-cü illə müqayisədə 13,8 % azdır.Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,6 % təşkil edib.Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 15,9 % azalaraq 724,535 milyon ABŞ dolları (ümumi ixracın 11 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 10,9 % azalaraq 583,599 milyon ABŞ dolları (ümumi idxalın 3,5 %-i) olub.
İl ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 8 % artaraq 23 milyard 435,258 milyon ABŞ dollarına çatıb.
O cümlədən, ixracın dəyəri 7,8 % artaraq 6 milyard 560,377 milyon ABŞ dolları, idxalın dəyəri isə 8,1 % artaraq 16 milyard 874,881 milyon ABŞ dolları təşkil edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu