Azərbaycanın haqlı tələbi hələlik yerinə yetirilmir POLİTOLOQ ŞƏRH ETDİ | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat yayır. "Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün konkret iki şərt mövcuddur.
Azərbaycan Prezidenti bir neçə gün öncə bu şərtləri bir daha ifadə etmişdi.
Birincisi, Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir və Azərbaycana qarşı ərazi iddiaları tam şəkildə aradan qaldırılmalıdır.
İkinci əsas şərt isə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə rəsmi olaraq son qoyulması və bunun üçün birgə müraciətin ünvanlanmasıdır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Ermənistan bu iki məsələdən heç biri ilə bağlı real addım atmağa hazır görünmür.
Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə hökumət iclasında bildirdi ki, konstitusiya dəyişikliyi yalnız Konstitusiya Məhkəməsinin qərarından sonra ola bilər: "Yəni, Ermənistan tərəfi əvvəlcə müəyyənləşdirmək istəyir ki, konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları varmı, yoxmu.
Paşinyan daha əvvəl iddia etmişdi ki, Ermənistan Konstitusiyasında heç kimə qarşı ərazi iddiaları yoxdur.
Tam oxu
Xəbəri oxu