Azərbaycanın hazırda neçə ölkədə səfirliyi fəaliyyət göstərmir?

09.12.2024

Icma.az, Yenigundem saytına istinadən bildirir.

Azərbaycanın hazırda fəaliyyət göstərməyən diplomatik nümayəndəlikləri açıqlanıb.

Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinin müzakirəsində komitə sədri Səməd Seyidov məlumat verib.

“Bu gün 88 diplomatik nümayəndəliyimiz var. Hazırda Azərbaycanın Liviya və Suriyadakı səfirlikləri, həmçinin Odessadakı baş konsulluğu fəaliyyət göstərmir”, – deyə Səməd Seyidov bildirib./APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью