Azərbaycanın heç bir rayonunda qızların sayı oğlanlardan çox deyil

29.08.2025

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu ilin əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 14-29 yaşlarında olan gənclərin sayı 2 milyon 300,8 nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gənclərin 52,4%-ni (1 milyon 206,1 min) oğlanlar, 47,6%-ni isə (1 milyon 94,7 min) qızlar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın heç bir şəhər və rayonunda qızların sayı oğlanların sayından çox olmayıb. Yalnız 3 şəhər və rayonda – Naftalanda, Xankəndidə və Hacıqabulda qızların və oğlanların sayı bərabər olub. Digər şəhər və rayonlarda isə oğlanların sayı qızlardan çox olub.
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью