Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Ötən günlərdə dövlət başçısı İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib. Prezident yaranmış bölgədə vəziyyətdən narahat olduğunu və Azərbaycanın gərginliyi aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu qeyd edib.
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanın həm İranla, həm münaqişənin digər tərəfləri ilə münasibətləri çox genişdir:
"Dövlət başçımız bu imkanları istifadə edib öz xoşniyyətli xidmətləri göstərmək hazırlığı barədə bəyanat verib. Ola bilsin ki, hansısa əlavə kommunikasiyalar yaratmaq, hansısa mesajları göndərmək və s. nəzərdə tutulur. Yəni bu xoşniyyətli xidmətlər diplomatiyada tez-tez istifadə olunur və Azərbaycan öz xidmətlərini göstərməyə hazırlığı bildirib".
Aytəkin TOFİQQIZI