Azərbaycanın hərbi attaşesi Türkiyənin iki vilayətində şəhid ailələrini ziyarət edib

31.01.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 31 yanvar, AZƏRTAC

Ankarada Azərbaycanın hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Zeynalov Çorum və Amasya vilayətlərində Gürcüstanda C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş Türkiyə hərbçilərinin ailələrini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, səfər zamanı general-mayor Zaur Zeynalovu Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndələri müşayiət ediblər.

Vətən Müharibəsi Qəhrəmanı şəhidlər Burak İbbig və Hamdi Kaplanın məzarları önündə onların xatirəsini ehtiramla yad edib və hərbçilərin ailə üzvlərinə, yaxınlarına başsağlığı verib. İki qardaş ölkənin şəhidlərinin ruhuna dualar oxunub, qəhrəmanların ailələrinə iki ölkə və xalqlar arasında qardaşlıq və birliyin sarsılmazlığının rəmzi olaraq Azərbaycan bayrağı təqdim olunub.

Qəhrəmanların ailə üzvləri və yaxınları şəhidlərin xatirəsinə göstərilən diqqətə görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlıqlarını bildiriblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью