Azərbaycanın hərbi gücü üçqat artır 2027 ci ildə

17.11.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Milli Məclisin plenar iclasında 2027-ci ilin büdcə layihələrinin müzakirəsi zamanı çıxış edən deputat Rizvan Nəbiyev Azərbaycanın müdafiə və təhlükəsizliyi ilə bağlı mövcud çağırışların bu sahəyə ayrılan büdcə vəsaitlərinin davamlı artırılmasını zəruri etdiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, parlamentari ölkəmizin iqtisadi və hərbi potensialının son onilliklərdə əhəmiyyətli dərəcədə yüksəldiyini diqqətə çatdıraraq, 1990-cı ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1,2 milyard dollardan az, hərbi xərclərinin isə cəmi 42 milyon avro təşkil etdiyini xatırladıb.

R.Nəbiyev 2020-ci ildə Vətən müharibəsi başlayarkən artıq Azərbaycanın ÜDM-nin 42 milyard dollara, hərbi xərclərinin isə 2,2 milyard avrodan yüksək həddə çatdığını və bu göstəricinin qarşı tərəfin hərbi xərclərini üç dəfədən artıq üstələdiyini qeyd edib. Onun qənaətincə, məhz milli iqtisadi və hərbi potensialın bu cür sistemli güclənməsi ərazi bütövlüyümüzün bərpasında həlledici rol oynayıb. İnternet mağaza

Gələcək makroiqtisadi proqnozlara toxunan deputat 2027-ci ildə Azərbaycanın ÜDM-nin 141 milyard manat həcmində proqnozlaşdırıldığını, gələn il müdafiə və təhlükəsizlik sahəsinə 8,8 milyard manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu bildirib və bunun 2021-ci illə müqayisədə 3 milyard manatdan çox artım demək olduğunu vurğulayıb.

R.Nəbiyev Azərbaycanın xarici siyasət kursunun qarşıdakı dövrdə də aktiv və çoxşaxəli xarakter daşıyacağını qeyd edərək, ölkəmizin bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda sədrliyini və mötəbər qlobal tədbirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. O, 2028-ci ildə MDB-nin zirvə görüşünün Azərbaycanda keçiriləcəyini, həmçinin Avropa Siyasi Birliyinin 47 üzv dövlətinin ölkəmizdə bir araya gələcəyini bildirib.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью