Azərbaycanın hərbi pilotları təlim məşq uçuşları icra ediblər VİDEO

11.06.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari ilin hazırlıq planına uyğun olaraq, hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər.
Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib.
Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.
Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью