Azərbaycanın hərbi qulluqçuları Səudiyyə Ərəbistanında keçirilən forumda iştirak edib | Ic…
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq. Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “Gizirlər üçün 1-ci Beynəlxalq Liderli
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu beynəlxalq forumda iştirak edib.
Tədbirə Azərbaycan və Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ, Almaniya, Banqladeş, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İngiltərə, İordaniya, İraq, İspaniya, İsveç, İtaliya, Küveyt, Qətər, Mərakeş, Misir, Nigeriya, Oman, Pakistan, Tunis, Türkiyə, Yaponiya və Yunanıstandan olan hərbi quluqçular da qatılıb.
Forumun keçirilməsinin məqsədi gizir heyətinin liderlik qabiliyyətinin inkişafı və effektiv rəhbərlik bacarıqlarının artırılmasıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu