Azərbaycanın humanitar yardımı Ukrayna üçün çox vacibdir ŞƏRH | Icma.az
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq. Digər dövlətlər də Azərbaycan kimi Ukraynaya lazımi avadanlıqlar göndərsəydilər, ölkə in
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert müharibədən əziyyət çəkən Ukraynaya Azərbaycanın humanitar yardımlarına diqqət çəkib: “Azərbaycandan Ukraynaya 1 milyon dollar dəyərində növbəti humanitar yardımın ayrılması iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünə təsadüf edib.
Azərbaycanın Ukraynaya budəfəki humanitar yardımı da elektrik avadanlıqlarından ibarətdir. Bu, Ukrayna üçün vacibdir.
Çünki Rusiya raket və dron zərbələri ilə Ukraynanın elektrik mərkəzlərini sıradan çıxarmağa çalışır ki, ukraynalılar qış aylarında evlərini qızdıra bilməsinlər.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başladığı gündən bəri Azərbaycan bu ölkəyə 40 milyon dəyərində humanitar yardım göndərib.
Əlbəttə, bu ABŞ və Avropa dövlətlərinin Ukraynaya göndərdiyi yardımların fonunda kiçik rəqəm kimi görülə bilər.
Ancaq digər dövlətlər də Azərbaycan kimi Ukraynaya lazımi avadanlıqlar göndərsəydilər, ölkə indiki qədər ağır vəziyyətdə olmazdı.
Tam oxu
Xəbəri oxu