Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
18 turdan sonra Premyer Liqada turnir cədvəlinə başçılıq edən "Sabah" "transfer pəncərəsi"nin bağlanmasına az qalmış növbəti oyunçu ilə anlaşıb.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Orpe Mbina artıq Masazır təmsilçisinin yeni simasıdır.
O, qabonludur və 25 yaşı var. 2023-cü ildən etibarən ölkəsinin əsas millisinə dəvət alan forvard hazırda Bakıdadır.
1.78 sm boya malik ön xətt oyunçusu müqavilə ilə "Maribor"a məxsusdur.
2024-cü ildən Sloveniya klubuna aid olan Mbina son 1 ili Portuqaliyada keçirib, "Uniao de Leyria"nın formasını geyinib.
Futbolda ilk addımlarını yerli "Stade Mandji"də atan hücumçu 2019-cu ildə Fransaya yollanıb, "US Kolomyers II" ilə münasibətlərini rəsmiləşdirib.
Növbəti illərdə "Bezyers", "Qoenobl", "Beauvays", "Kamalyères" və "Nîmes"in uğurları üçün tər töküb.
saytlarin hazirlanmasi