Azərbaycanın iki ağırlıqqaldıranı dünya çempionatında iştirak edəcək Yeni Çağ Media

04.12.2024

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın iki ağırlıqqaldıranı Bəhreynin paytaxtı Manamada keçiriləcək dünya çempionatında iştirak edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışda İsa Rüstəmov (73 kiloqram) və Dadaş Dadaşbəyli (109 kiloqram) güclərini yoxlayacaqlar.

Qeyd edək ki, 75 ölkədən 227 idmançının mübarizə aparacağı dünya çempionatı dekabrın 6-15-də təşkil olunacaq.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью