Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

07.10.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 oktyabr, AZƏRTAC

Bu gün “Gəncə” və “LANDAU Lions” basketbol klubları FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyunlarını keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, “Gəncə” C qrupundakı ilk matçında Türkiyənin “Esenler Erokspor” komandasının qonağı olacaq. İstanbulda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

“Gəncə” qrup mərhələsində Rumıniyanın “Universitatya Krayova”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist” və Yunanıstanın “Kolossos” komandaları ilə də qarşılaşacaq.

Azərbaycanın digər təmsilçisi “LANDAU Lions” isə G qrupunda İsveçrənin “Lions de Geneve” klubunu qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da start götürəcək.

Bu qrupda Slovakiyanın “Prievidza”, Danimarkanın “Bakken Birs”, Türkiyənin “Dənizli Basket” və Portuqaliyanın “Benfika” klubları da yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью