Icma.az bildirir, Idman.biz portalına istinadən.
Azərbaycanın daha iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksələrək azı bürünc medalı təmin edib.
İdman.Biz xəbər verir ki, yarışın beşinci günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Aşırəliyev 1/4 finalda İspaniya təmsilçisi Brandon Hinea Kollasosla qarşılaşıb.
Təmsilçimiz rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
70 kq çəki dərəcəsində çıxış edən Nicat Alırzayev də uğurlu nəticəyə imza atıb. O, 1/4 finalda Monteneqro boksçusu Miloş Roqanoviçi üçüncü raundda tam üstünlüklə məğlub edib.
Beləliklə, hər iki Azərbaycan boksçusu yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.
Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı U-23 Avropa çempionatına noyabrın 24-də yekun vurulacaq.