Azərbaycanın iki cüdoçusu 1/4 finala çıxdı YENİLƏNİB+VİDEO

30.11.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəəsində çıxış edən Camal Qamzatxanov yarışa Bəhreyn idmançısı Azamat Çotçayev üzərində qələbə ilə başlayıb. Camalın 1/4 finalda rəqibi Tamerlan Başayev (Rusiya) olacaq.

12:00

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan idmançıları qarşılaşmalara balayıblar.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri ilk görüşdə xorvatiyalı rəqibi Mikita Sviridi vaza-ari xalı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.

Təmsilçimiz bu mərhələdə İrakli Demetraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün 1/16 finalda -90 kq çəki dərəcəsində idmançılarımız Murad Fətiyev və Aslan Kotsoyev müvafiq olaraq Alyaksandr Sidorik və Yermaxan Anuarbekovla qarşılaşacaqlar.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью