Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında

03.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında U-21 Avropa çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 7 üzvü tatami üzərinə çıxıb.

Onlardan Ayxan Mirzəzadə (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) finala yüksəliblər. Xədicə Qadaşova (57 kiloqram) isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Nərgiz Əhmədova, Gülyaz Musayeva (hər ikisi 48 kiloqram), Aysun Məmmədova (52 kiloqram) və Aytən Verdiyeva (57 kiloqram) isə ilk görüşdə məğlub olublar.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью