Azərbaycanın iki hakimi Dünya çempionatına təyinat alıb

09.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Dünya Güləş Birliyi (UWW) böyüklər arasında keçiriləcək Dünya çempionatında ədaləti qoruyacaq hakimlərin siyahısını açıqlayıb.

İdman.Biz xəbər verir ki, oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq mundialda 46 ölkədən 71 referi fəaliyyət göstərəcək.

Hakimlər arasında Azərbaycan təmsilçiləri də yer alıb. Belə ki, I-S dərəcəli referilərimizdən Asif Şirəliyev və Sədi Quliyev nüfuzlu yarışa təyinat alıblar.

Qeyd edək ki, hər iki hakim dünya çempionatında ölkəmizi təmsil edərək görüşlərdə ədaləti qoruyacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью