Azərbaycanın iki hakimi UEFA nın kurslarında iştirak edəcək

27.02.2025

Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın iki hakimi UEFA-nın kurslarında iştirak edəcək.

Yenicag.az xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frank De Blekere Bakıda azərbaycanlı hakimlər üçün təşkil olunan seminardan sonra jurnalistlərə açıqlamasında deyib.

Belçikalı mütəxəssis bunun ölkəmiz üçün faydalı olacağını vurğulayıb:

“Tural Qurbanov və Asiman Əzizli UEFA-nın təşkil edəcəyi kurslarda bilik və bacarıqlarını artıracaqlar. Ümidvaram ki, onlar Azərbaycana döndükdən sonra bacarıqlarını ölkənizdə tətbiq edəcəklər. Bu da Azərbaycanda futbolun səviyyəsinin artmasına töhfə verəcək”.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью