Azərbaycanın iki klubu bu hücumçu ilə maraqlanır

13.01.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın iki klubu Polşa təmsilçisi "Motor"da çıxış edən Samuel Mrazla maraqlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin "Futbolnews.pl" portalı məlumat yayıb.

27 yaşlı hücumçunun "Neftçi" ilə yanaşı, "Qarabağ"ın da diqqətində olduğu bildirilib. Slovakiyalı oyunçu Ağdam təmsilçisinin transfer siyahısında olsa da, bu, ölkə çempionu üçün prioritet deyil.

Qeyd edək ki, ötən ilin fevralında "Motor"a keçən Slovakiya millisinin sabiq üzvünün müqaviləsinin müddəti yayda başa çatmalıdır. Son olaraq 2022-ci ildə yığmaya cəlb olunan forvard millidə 5 matça çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью