Azərbaycanın iki parabadmintonçusu Gimnaziadanın qızıl medalına layiq görülüb

07.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ujiçe, 7 aprel, Cavid Əliyev,AZƏRTAC

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında parabadminton yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, Ujiçe şəhərində keçirilən yarışların ilk günündə Azərbaycan təmsilçiləri Zəhra Salmanlı və Əli Məhərrəmov uğurla çıxış ediblər.

Z.Salmanlı birinci mərhələdə digər azərbaycanlı idmançı İlkin Bağırzadə ilə qarşılaşıb və qalib gəlib - 21:6,21:12.

İkinci raundda braziliyalı rəqibini (21:8,21:16) məğlub edən Zəhra həlledici görüşdə beninli idmançını (21:5, 21:5) üstələyərək qızıl medala sahib çıxıb.

Ə.Məhərrəmov isə ilk mərhələdə Benin (21:7:21:10), digər iki raundda isə Braziliya təmsilçilərinə (21:13,21:17),( 21:18,21:15) qalib gələrək qızıl medala sahib çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью