Azərbaycanın iki qılıncoynadanı bürünc medalı təmin edib

05.10.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində qılıncoynatma üzrə yarışlar davam edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycanın iki qılıncoynadanı bürünc medalı özləri üçün təmin edib. Valentina Zeynalova və Zərifə Hüseynova sablya növündə yarımfinala yüksəliblər.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью