Azərbaycanın iki rayonunda olimpiya idman kompleksi tikiləcək 15,6 milyon manatlıq LAYİHƏ

10.04.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə və Qəbələ şəhərlərində olimpiya idman kompleksləri tikiləcək.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində müvafiq işlərə start verilib.

Belə ki, nazirlik Gəncə Olimpiya İdman Kompleksinin tikintisi işlərini "Modern Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), Qəbələ Olimpiya İdman Kompleksinin tikintisini isə "The Best Constructions" MMC-yə həvalə edib və müqavilələr bağlayıb.

Müqavilələrə əsasən, nazirlik sözügedən işlərin müqabilində "Modern Construction" MMC-yə 8,3 milyon manat, "The Best Constructions" MMC-yə isə 7,3 milyon manat ödəyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью