Azərbaycanın iki taekvondoçusu Qətərdə beynəlxalq turnirdə mübarizə aparacaq

19.10.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın iki taekvondoçusu Qətərin paytaxtı Dohada keçirilən altıncı “Qatar Open” beynəlxalq turnirində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, milli komandanın üzvləri Qaşim Maqomedov və Fuad Məhərləmli yarışda ölkəmizi təmsil edəcəklər.

Hər iki idmançı 63 kq çəki dərəcəsində mübarizə aparacaq.

Taekvondoçular milli komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında Qətərə yollanıblar.

Qeyd edək ki, Dohada təşkil olunan beynəlxalq turnir oktyabrın 19-21-də keçirilir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью