Azərbaycanın İkinci Liqasında yeni mövsüm başlayır

01.09.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycanın İkinci Liqasında yeni mövsümə start veriləcək.

İdman.Biz xəbər verir ki, çempionatın açılış oyunu Zaqatalada keçiriləcək.

Adını dəyişərək “Şəki” adlandırılan “Şəki Siti” “Ağdaş”ı qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Bu gün daha iki oyun baş tutacaq. “Qaradağ Lökbatan” “Haypers”i, “Şirvan” isə “Kür-Araz”ı qəbul edəcək.

İkinci Liqa
Birinci tur
1 sentyabr
16:00. “Şəki” - “Ağdaş”
Hakimlər: Samir Musayev, Ağadur Mahmudov, Elvin Mədətov, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.

17:00. “Qaradağ Lökbatan” - “Hypers”
Hakimlər:
Nahid Xasıyev, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

17:00. “Şirvan” - “Kür-Araz”
Hakimlər:
Kamil Aydınov, Ruslan Məmmədov, Samir Cabbarov, Sənan Bayramzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun qalan üç oyunu sabah keçiriləcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью