Icma.az, Report.az portalına istinadən məlumat verir. Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru, son illərdə ölkə
2024-cü il bu sahədə inkişafın yeni mərhələsinin əsasını qoyub, xüsusilə də rəqəmsal transformasiya, startap ekosisteminin genişləndirilməsi
Məlumdur ki, dayanıqlı iqtisadi modelin formalaşdırılması qeyri-neft sektorunun inkişafını zəruri edir.
Bu kontekstdə əsasən informasiya və kommunikasiya texnologiyaları sektoru mühüm rol oynayır.
Müasir dünyada iqtisadi keçidin effektiv və sürətli həyata keçirilməsi rəqəmsallaşmanın və innovativ texnoloji həllərin tətbiqini tələb edir.
Son illərdə Azərbaycanda bu istiqamətdə nəzərəçarpan tərəqqi əldə olunub və ötən il bu sahədə xüsusilə əlamətdar olub.
Rəqəmsal hökümətə keçiddə tarixi nəticə Ötən il Azərbaycanda rəqəmsal transformasiya və e-idarəetmə sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib.
Dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində təqdim olunan yeni xidmətlər vətəndaşlar üçün daha əlçatan olub, “ASAN xidmət” və “e-Gov” platformaları üzərindən həyata keçirilən əməliyyatların sayı rekord səviyyəyə çatıb.