Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Azərbaycanın ilk əczaçılıq zavodu "R-Pharm", "Milli əczaçılıq sənayesinin yaradılmas
Bu mükafat zavodun ölkədə müasir əczaçılıq sənayesinin inkişafında, dərman istehsalının lokallaşdırılmasında və qabaqcıl texnologiyaların tə
"R-Pharm" Azərbaycanda beynəlxalq GMP standartlarına uyğun innovativ dərman istehsalını qurmuş ilk zavoddur.
Müəssisə həyati əhəmiyyətli dərman vasitələrinin təminatı ilə bərabər, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı ilə əməkdaşlıq çərçivəsində, yerli mütəxəssisləri fəal şəkildə cəlb edərək və yetişdirərək, həm də ölkənin kadr potensialının inkişafına xüsusi önəm verir.
"R-Pharm" üçün keyfiyyətli və sərfəli dərmanların istehsalı ilə eyni zamanda, həm də ümumi Azərbaycanın əczaçılıq sənayesinin inkişafı vacibdir.
Bu gün zavodumuzda yüksək ixtisaslı yerli mütəxəssislərdən ibarət peşəkar komanda çalışır.
Onların təcrübələri və bilikləri milli əczaçılıq sənayesinin gələcək inkişafına böyük dəyər qatır", - deyə "R-Pharm" zavodunun istehsalat müdiri Anar Səmədov mükafatın təqdimetmə mərasimində qeyd edib.
"Azerbaijan Business Award" 2009-cu ildən Azərbaycanın biznes sahəsində ən nüfuzlu mükafatlarından biri hesab olunur.