Azərbaycanın İndoneziyaya neft ixracı 41%dək artıb

10.01.2025

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İndoneziya 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 178 milyon 463 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 28 milyon 253 min dollar və ya 18,8% çoxdur.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İndoneziyanın idxal etdiyi neftin həcmi 310 min 833 ton olub. Bu isə illik müqayisədə 89 min 749 ton və ya 40,6% çoxdur. 

Qeyd edək ki, 2024-cü ilin 11 ayında il İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью