Azərbaycanın İndoneziyaya neft satışından qazancı 38% dək azalıb

29.01.2026

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İndoneziya 2025-ci ildə Azərbaycandan 111 milyon 456 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 67 milyon 7 min dollar və ya 37,5% azdır.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İndoneziyanın idxal etdiyi neftin həcmi 228 min 989 ton olub. Bu isə illik müqayisədə 81 min 844 ton və ya 26,3% azdır. 

2024-cü ildə İndoneziyanın idxal etdiyi neftin miqdarı 310 min 833 ton, dəyəri isə 178 milyon 463 dollar təşkil edirdi. 

Qeyd edək ki, 2025-ci ildə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью