Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ili tamam olur.
Hər il biz YAP-ın yaranması ilə bağlı düşüncələrimizi bölüşərkən, həm də təbii olaraq ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda mövcud olmuş tarixi şəraitə və reallığa nəzər salırıq.
Bu zaman YAP-ın yaradılmasını şərtləndirən şəraitin öyrənilməsinin müasir Azərbaycanın tarixində nə qədər önəmli yer tutduğunu bir daha dərk edirik.
Çünki həmin tarixi şəraitdə hadisələrin mərkəzində olan siyasi düha dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev idi.Ötən əsrin 90-cı illərinə doğru hadisələrin xronologiyasına nəzər yetirək.
Mixail Qorbaçov 1985-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsi və Heydər Əliyevə qarşı qərəzli münasibətilə hadisələri arzuolunmaz vəziyyətə gətirdi.
M.Qorbaçov Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevi özünə rəqib gördüyü üçün onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq yolunu tutdu.
Nəticədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.
İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi.Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək, bununla da Kremldəki yeganə və ən böyük qalamız yıxıldı.