Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir. Bütün dünyanın diqqəti Azərbaycana, paytaxt Bakıya yönəlib.
Azərbaycan COP29-a ev sahibliyi edir. 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu.
Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.
COP29 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə ən mühüm platformalardan biridir.
Bu sammit dünya liderlərini bir araya gətirərək, planetin gələcəyinə dair kritik qərarların müzakirə edildiyi bir məkandır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu platformada iştirakı və çıxışı, ölkənin iqlim dəyişikliyi ilə mübarizədə artan rolunun bariz nümunəsidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın “Yaşıl Enerji Zonası” təşəbbüsünü xüsusi vurğuladı.
Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən bu layihələr Azərbaycanın iqlim hədəflərinə çatmasında mühüm rol oynayır.