Icma.az, Ses qazeti saytına istinadən bildirir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev s
Bu böyük miqyaslı, beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizin paytaxtında keçirilməsi BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən və Qoşulmama H
Noyabr ayının 11-22 tarixlərində paytaxt Bakıda keçirilən COP – 29 öz fəaliyyətini böyük uğurla başa çatdırdı.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 – İqlim Dəyişiklikləri üzrə Birləşmiş Millətlər Konfransı, iqlim diplomatiyasında əlamətdar bir dönüş nöqtəsi kimi tarixə düşdü.
“Yaşıl dünya naminə həmrəylik”şüarı altında keçirilən bu tədbir, həm təşkilatçılıq, həm də əldə olunan nəticələr baxımından beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi.
Azərbaycan qısa müddətdə yüksək səviyyəli hazırlıqlar həyata keçirərək COP29 – u tarixdə ən möhtəşəm iqlim konfranslarından biri kimi yaddaşlara həkk etdi.
Tədbirə 80 dövlət və hökumət başçısı, həmçinin 76 mindən çox iştirakçının qatılması, təşkilatçılığın dünya liderləri və iştirakçılar tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yüksək uğurla nəticələndiyini aydın şəkildə nümayiş etdirir.
Qonaqlar, Azərbaycanın qərəzsiz və inklüziv mövqeyini, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamasını da yüksək qiymətləndirdilər.