Azərbaycanın iqlim siyasəti: COP29 və beynəlxalq hüquq | Icma.az
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İqlim dəyişikliyi qlobal bir problem olaraq dünya ölkələrinin qarşısında duran ən ciddi və təxirəsalınmaz məsələlərdən biridir.Buna qarşı beynəlxalq mübarizədə ölkələr arasında əməkdaşlıq və birgə addımlar atmaq məqsədilə müxtəlif beynəlxalq iqlim razılaşmaları və sazişlər imzalanıb.
Azərbaycan da bu razılaşmaların iştirakçısı olaraq öz mövqeyini beynəlxalq müstəvidə təsdiq edib və bu mübarizəyə öz töhfəsini verməyə çalışır.
Hazırda ölkəmizdə keçirilən COP29 tədbirinin yüksək səviyyədə təşkil edilməsi və mühüm razılaşmaların əldə olunması bunun əyani sübutudur.Bəs ölkəmiz beynəlxalq iqlim razılaşmalarına necə təsir göstərib?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Zübeyir Bağırzadə bildirib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq hüququn əsas sənədlərinə qoşulmuş və bu sənədlərin iştirakçısıdır:"Bu razılaşmaların ən mühümü, 1992-ci ildə Rio-de-Janeyroda imzalanan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və 2015-ci ildə Parisdə qəbul edilmiş Paris Sazişidir.
Bu müqavilələr ölkələrə iqlim dəyişikliyinin təsirlərini azaltmaq, karbon emissiyalarını aşağı səviyyəyə endirmək və qlobal istiləşmənin qarşısını almaq məqsədilə konkret öhdəliklər qoyur.
Azərbaycan konvensiya çərçivəsində sənədin tələblərinə uyğun olaraq "Milli Kommunikasiyalar" təqdim etməkdədir və bu, ölkənin iqlim siyasətinin və strateji məqsədlərinin izlənməsinə imkan verir.
Paris Sazişinə qoşulmaqla isə Azərbaycan karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə qarşı uyğunlaşma tədbirləri həyata keçirmək öhdəliyi götürüb".Onun sözlərinə görə, deyilənlərlə yanaşı, Azərbaycanın ərazisi, xüsusən də Xəzər regionu və dağlıq ərazilər iqlim dəyişikliyinin təsirlərinə qarşı həssasdır.
Tam oxu
Xəbəri oxu