Azərbaycanın iqtisadi gücu və siyasi iradəsi TƏHLİL | Icma.az
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyev: "Son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır" Dünyanın nəzər nöqtəsində olan Azərbaycan Zəfər tarixindən sonra yeni reallıqlar yaradıb.
44 günlük Vətən müharibəsindən sonra qısa bir zamanda, həmin ərazilərdə aparılan abadlıq-quruculuq işləri Azərbaycanın iqtisadi gücünə, dinamik inkişafına söykənir.
Əlbəttə ki, aparılan abadlıq-quruculuq işləri paralel olaraq ölkəmizin hər bir bir bölgəsində həyata keçirilir.
Azərbaycanın rayonları, şəhər, kənd və qəsəbələri öz abadlığı, gözəlliyi və müasir görkəmi ilə fərqlənir.
Bunlarla yanaşı, insanların sosial durumu - həyat şəraiti, mütəmadi olaraq, yaxşılaşdırılır.
Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə və zəfərlərə ruhlandırır.
İctimai, siyasi, iqtisadi və hüquqi islahatlar həm ayrı-ayrı sahələrin davamlı inkişafını təmin edir, həm də Azərbaycanın qüdrətli dövlət kimi tərəqqisini şərtləndirir.
Tam oxu
Xəbəri oxu