Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi keçirilib.
APA xəbər verir ki, bu barədə səfir Əli Əlizadə “X” hesabında paylaşım edib.
“27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik.
Allah rəhmət eləsin!”, - paylaşımda qeyd edilib. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.