Azərbaycanın İsraildəki səfiri İsxak Hersoqa təşəkkür etdi

27.05.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov Azərbaycanı 28 May Dövlət Müstəqilliyi Günü münasibət ilə təbrik edən Prezident İsxak Hersoqa təşəkkür edib.

Oxu.Az xəbər verir ki, Muxtar Məmmədov təşəkkür mətnini özünün "X" hesabında paylaşıb.

"Azərbaycanın Müstəqillik Günü ilə bağlı ünvanladığınız video təbrik mesajı üçün Zati-alinizə təşəkkür edirik. Azərbaycan xalqı üçün səmimi arzularınızı, tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün güclü dəstəyinizi və fədakarlığınızı eşitməkdən şərəf duyuruq", - deyə səfir M.Məmmədov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью