Azərbaycanın İsraildəki səfiri Yerusəlim Patriarxı ilə görüşüb

06.11.2024

Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Yerusəlim Patriarxı Zati-müqəddəsləri III Teofilosla diplomatik nümayəndəliklə patriarxlıq arasında qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Təl-Əvivdəki səfirliyin mətbuat xidməti bildirib.

“Bu gün səfir Muxtar Məmmədov və Yerusəlim Patriarxı Zati-müqəddəsləri III Teofilos görüş keçiriblər. Onlar Azərbaycanda bütün dini icmaların qarşılıqlı hörmət və harmonik birgəyaşayışını, həmçinin səfirlik və patriarxlıq arasında qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью