Azərbaycanın İsraildən idxalı təxminən 2 dəfə artıb

21.10.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın İsraildən idxal etdiyi məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 94,8% artıb.

Marja.az-ın Dövlət Gömrük Komitəsinin xarici ticarət statistikasına əsasən apardığı hesablamalara görə, 2026-cı ilin ilk 9 ayında İsraildən Azərbaycana 81 milyon 298,6 min ABŞ dolları dəyərində məhsul idxal edilib. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 41 milyon 730 min dollar təşkil etmişdi. Beləliklə, İsraildən idxal bir il ərzində 39 milyon 568,6 min dollar və ya 94,8% artıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İsrailin Azərbaycanın ümumi idxalında xüsusi çəkisi də yüksəlib. Belə ki, 2025-ci ilin ilk 9 ayında bu ölkənin ümumi idxaldakı payı 0,25% olduğu halda, 2026-cı ilin eyni dövründə 0,61%-ə çatıb.

İsrailə ixrac da artıb

Hesabat dövründə Azərbaycanın İsrailə ixracı da artım nümayiş etdirib. 2026-cı ilin yanvar–sentyabr aylarında İsrailə 21 milyon 941,6 min dollar dəyərində məhsul ixrac edilib. Ötən ilin eyni dövründə ixracın dəyəri 18 milyon 961,7 min dollar olmuşdu. Nəticədə İsrailə ixrac 2 milyon 979,9 min dollar və ya 15,7% artıb.

Bununla belə, İsrailin Azərbaycanın ümumi ixracındakı xüsusi çəkisi 0,10%-dən 0,09%-ə enib.

İkitərəfli ticarət dövriyyəsi 100 milyon dolları keçib

2026-cı ilin ilk 9 ayında Azərbaycanla İsrail arasında xarici ticarət dövriyyəsi 103 milyon 240,2 min dollara çatıb. 2025-ci ilin eyni dövründə bu göstərici 60 milyon 691,7 min dollar təşkil etmişdi. Beləliklə, iki ölkə arasında ticarət dövriyyəsi 42 milyon 548,5 min dollar və ya 70,1% artıb.

İsraillə ticarətdə Azərbaycanın mənfi saldosu isə 2025-ci ilin ilk 9 ayındakı 22 milyon 768,3 min dollardan 2026-cı ilin eyni dövründə 59 milyon 357 min dollara yüksəlib. Məlumatlardan görünür ki, ikitərəfli ticarət dövriyyəsində artım əsasən İsraildən idxalın yüksəlməsi hesabına baş verib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью