Azərbaycanın İsraillə münasibətləri strateji zərurətdən irəli gəlir ŞƏRH

30.05.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Rəsmi Bakı İsrail və Fələstinin yanaşı və dinc şəkildə mövcudluğunu dəstəkləyir 

  Türkiyə  Böyük Millət Məclisinin  Demokratiya və  Atılım Partiyasının (DEM) Kocaeli millət vəkili Ömər Faruk Gergerlioğlu İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatları sərt şəkildə tənqid edib. O, İsrailin bu hərəkətlərini soyqırım olaraq qiymətləndirib və beynəlxalq ictimaiyyəti bu məsələdə daha fəal olmağa çağırıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, Gergerlioğlu çıxışı zamanı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İsrailə səfərini və orada İsrailin müdafiə naziri İsrael Katz ilə görüşünü də tənqid edib. Xatırladaq ki, Gergerlioğlunun belə qərəzli çıxışı ilk deyil. O, daha öncə Azərbaycan-İsrail münasibətlərinə görə rəsmi Bakını tənqid etmişdi.

  Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan və İsrail arasında müdafiə, texnoloji və enerji sahələrində möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur. Ekspert vurğulayıb ki, İsrailin pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat texnologiyaları 44 günlük Vətən müharibəsində bizə mühüm üstünlüklər yaradıb: 

Читать полностью