Azərbaycanın İsveçrəyə qeyri neft ixracı 16 mln. dollardan çox artıb

20.02.2026

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında Azərbaycanın İsveçrəyə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 16 milyon 400 min dollar və ya 73,8% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında İsveçrəyə qeyri-neft ixracının dəyəri 38 milyon 633 min dollar təşkil edib. 

2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 22 milyon 233 min dollar olub. 

Qeyd edək ki, ilk ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 268 milyon 389 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью