Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 3 faiz artıb

03.11.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 9 milyard 188,8 milyon ABŞ dolları təşkil edib.

525.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Son 1 ildə Azərbaycanın İtaliyaya ixracının dəyəri 3 % artaraq 8 milyard 789,9 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 6,6 % artaraq 398,9 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə İtaliya ilə ticarət ümumi dövriyyənin 24,6 %-i qədər olub. O cümlədən, bu ölkəyə ixrac ümumi ixracın 36,8 %-ni, İtaliyadan idxal isə ümumi idxalın 2,9 %-ni təşkil edib.

9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb. Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью