Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən il Azərbaycan 170 milyon 773 min ABŞ dolları dəyərində 543 min 531,8 ton azot gübrəsi ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə ixrac edilən məhsulun dəyəri 35,3 % artıb, həcmi isə 3,8 % azalıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 5,2 % təşkil edir.
2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. 2025-ci ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.
Son nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 8,3 dəfə azdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin