Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 avqust, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan neft koksunun ixracı illik müqayisədə 45,1 faiz artaraq 181,6 min ton təşkil edib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən məhsulun dəyəri isə ötən ilin analoji dövrü ilə müqayisədə 88,5 faiz artaraq 72 milyon 276,65 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin eyni aylarında Azərbaycandan 125,2 min ton və ya 38 milyon 337,15 min dollar dəyərində neft koksu ixrac edilib.