Azərbaycanın ixracı 22,8 % azalıb, idxalı 18,7 % artıb

18.12.2024

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 milyard 109 milyon 552 min manat təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edək ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 % azdır. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 47 milyard 325 milyon 669 min manat təşkil edib.
Bu ilin 11 ayında xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.
Xarici ticarətdə 5 milyard 566,17 milyon dollarlıq müsbət saldo yaransa da, bu göstərici ötən illə müqayisdə müqayisədə 2,8 dəfə azdır.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью