Azərbaycanın ixracı azalıb, idxalı artıb

17.03.2025

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8 milyard 904 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 678 milyon dollar və ya 23,2% çoxdur.   

Son 1 ildə Azərbaycanın ixracı 0,3% azalaraq 4 milyard 776 milyon ABŞ dollarına enib, idxalı isə 69,2% artaraq 4 milyard 138 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью