Azərbaycanın ixracı və idxalı artıb

20.05.2025

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 16 milyard 917 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 284 milyon dollar və ya 24,1% çoxdur.   

Son 1 ildə Azərbaycanın ixracı 7,5% artaraq 8 milyard 784 milyon ABŞ dollarına, idxalı isə 48,8% artaraq 8 milyard 132 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 651.8 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 4,1 dəfə az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью